USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İsrail Prezidenti Ərdoğana təşəkkür edib


  • Dünya
  •  16:13 18.11.2021
  •  174
https://img.baki-baku.az/news/2021/11/photo_5690.jpg

İsrail Prezidenti İsaak Herzoq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın "Jerusalem Post"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Prezidentinin mətbuat katibi bildirib.

 

İ.Herzoq İsrail vətəndaşları Natali və Mordi Oaknilərin ölkəyə qayıtmasına icazə verdiyinə görə türkiyəli həmkarına təşəkkür edib.

“Ərdoğan İsraillə münasibətlərə önəm verməsinin vacibliyini vurğuladı və bildirdi ki, bu, Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün önəmlidir”, - mətbuat katibi qeyd edib.

İ. Herzoq sülhlə bağlı ikitərəfli və regional məsələlər üzrə hərtərəfli dialoqu alqışladığını bildirib.

Qeyd edək ki, İsraildən olan cütlük bir neçə gün əvvəl İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin fotosunu çəkdikləri üçün casusluq şübhəsi ilə saxlanılıblar.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya