USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lukaşenkodan Avropa İttifaqına XƏBƏRDARLIQ


  • Dünya
  •  14:54 11.11.2021
  •  175
https://img.baki-baku.az/news/2021/11/photo_5624.jpg

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqına xəbərdarlıq edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Aleksandr Lukaşenko Aİ-ni Minskə qarş sanksiyalar tətbiq etməzdən qabaq bu ölkə ərazisindən keçən qaz kəməri və malların tranziti barədə düşünməyə çağırıb.

 

"Polşa bizi sərhədləri bağlayacağı ilə qorxudur. Buyurun bağlayın, daha az adam ora qaçacaq. Onzus da məsələ bu deyil. Bəs biz Belarusdan tranziti bağlasaq? Ukraynadan bu, keçmir, çünki bu ölkənin Rusiya ilə sərhəddi bağlıdır. Baltikyanı yollar yoxdur. Biz yolu polyaklar və almanlar üçün bağlasaq, onda nə olacaq? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədə tərəddüd etməməliyik", -deyə Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, Yamal - Avropa transmilli əsas ixrac qaz kəməri ölkə ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.

"Biz Avropanı isidirik, hələ də bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz orada təbii qazı söndürsək? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və digər başsız adamlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu, onların öz işidir. Əgər bağlamaq istəyirlərsə, qoy bağlasınlar. Amma XİN Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə qarşı qəbuledilməz əlavə sanksiyalar tətbiq etsələr, cavab verməliyik. Necə cavab verəcəyik, bunu 6 ay əvvəl sizinlə razılaşmışıq", - deyə Belarus Prezidenti qeyd edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya