USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Medvedev: “Koronavirus bəşəriyyətdə uzun müddət qalacaq”


  • Dünya
  •  11:17 01.11.2021
  •  172
https://img.baki-baku.az/news/2021/11/photo_5527.jpg

“Koronavirus bəşəriyyətdə uzun müddət qalacaq. Lakin yaxın gələcəkdə pandemiyaya nəzarət etmək mümkün olacaq”.

APA-nın məlumatına görə, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Medvedev qeyd edib ki, istəsək də, istəməsək də, koronavirus həyatımıza daxil olub və uzun müddət onunla birgə həyat tərzi keçirəcəyik: “Kütləvi peyvənddən sonra bəşəriyyət bu xəstəliyə qarşı kollektiv toxunulmazlığı inkişaf etdirsə belə, yeni infeksiya ocaqlarının yaranma ehtimalı qalır. Yaxın aylarda bütövlükdə vəziyyətin nəzarət altına alınacağını söyləmək üçün əsaslar var”.

Onun sözlərinə görə, gələcəkdə belə təhlükələri dəf etmək üçün daim hazırlığı saxlamaq lazımdır, iqtisadiyyatın və həyatın bütün sahələrində yeni texnologiyalar tətbiq etmək zəruridir: “Cəmiyyətdəki bərabərsizliyin əsas məqamlarını aradan qaldırmaq, insanların ən həssas kateqoriyalarını dəstəkləmək, fövqəladə hallar zamanı maksimum səy və resursları yönəltmək lazımdır. Hər kəsə yüksək keyfiyyətli tibbi yardım göstərilməli, habelə, hər kəs həm təcili, həm də planlı şəkildə dərmanlarla, peyvəndlərlə, qorunma vasitələri ilə təmin edilməlidir. İnsanlara nəinki çətin anlarda sağ qalmağa, həm də hər gün normal yaşamağa imkan verən hər şeyə təminat verilməlidir.

Medvedev hər kəsi öz sağlamlıqları və digər insanların təhlükəsizliyi, o cümlədən ümumilikdə bəşəriyyətin taleyi üçün şəxsi məsuliyyət daşıdığını düşünməyə çağırıb.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya