USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanıb


  • Dünya
  •  13:58 18.10.2021
  •  174
https://img.baki-baku.az/news/2021/10/photo_5405.jpg

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Austinin Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, sənədin Gürcüstanın müdafiə qabiliyyətinin artırılması məqsədi daşıdığı bildirilib.

Razılaşmanı ABŞ-ın müdafiə naziri Lloyd Austin və onun gürcüstanlı həmkarı Cuanşer Burçuladze imzalayıb.

Müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, Lloyd Austinin Gürcüstana səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın güclü təsdiqi və bunun daha da gücləndirilməsi baxımından əlamətdardır: “Güclü tərəfdaşlıq ölkənin stabil inkişafı və regionda sülh və təhlükəsizliyə töhfə verir”.

Tərəflər regional çağırışlar və təhdidlər barədə müzakirə aparıb.




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Dünya