USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib


  • Dünya
  •  09:17 14.10.2021
  •  196
https://img.baki-baku.az/news/2021/10/photo_5356.jpg

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı bildirilir.

Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən təxminən 30 illik işğalından sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarını təmin edərək öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratdığı qeyd olunur.

Ardınca 27 sentyabrda “qardaş ölkə Azərbaycanın Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsini yad etmək üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında elan edilmiş Anım Gününü” qeyd etdiyi söylənilir və ölkə tarixində yeni bir dövrün başlanğıcını qoyduğu, bölgədəki reallıqları dəyişdiyi və beynəlxalq ədaləti bərpa etdiyi üçün “Anım Günü”nün Azərbaycanda olduqca əlamətdar tarix hesab olunduğu deyilir.

Sonda Azərbaycan xalqına Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram olaraq başsağlığı ifadə edilir.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Dünya