USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çavuşoğludan Rusiya və ABŞ-a Suriya ilə bağlı: "Burada qeyri-səmimilik aydın şəkildə ortadadır"


  • Dünya
  •  15:14 13.10.2021
  •  203
https://img.baki-baku.az/news/2021/10/photo_5346.jpg

“Xüsusən Suriyanın şimalında PKK/YPG-nin hücumlarının artdığını müşahidə edirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nikaraqualı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"PKK/YPG bizim hərbçilərimizə və polislərimizə hücum edib. “Fərat Qalxanı” əməliyyatı bölgəsində bir əsgərimiz, daha sonra isə 2 polisimiz şəhid olub. Bu əməliyyatlara başlamazdan əvvəl də terror qrupları Suriyanın şimalından bizim ərazilərimizə raketlərlə hücum edirdi. Son zamanlar belə hücumların artdığını görürük. Biz "Fərat Qalxanı" əməliyyatı və Suriyanın şimal-şərq bölgəsində digər əməliyyatlara başladıqdan sonra ABŞ və Rusiya ilə razılaşma əldə etmişdik. Hər iki ölkə bu bölgədəki terrorçuları ən azı 30 km cənuba çıxaracaqdı. Rusiya Tel-Rifat və Menbic bölgəsindəki PKK-çıları da buradan təmizləyib uzaqlaşdıracaqdı. Lakin təəssüf ki, bu sözlər yerinə yetirilmədi. Dolayısı ilə bu bölgədə mülki əhaliyə və bizə qarşı hücumlara görə Rusiya və ABŞ məsuliyyət daşıyır. Çünki vədlərinə əməl etmədilər. ABŞ Suriyadan müttəfiqinə qarşı edilən hücumları qınadığına dair açıqlama verir. Yaxşı, bəs bu silahları terrorçulara kim verir, onlara kim təlim keçir? Sən təlim keçirsən, sən silah verirsən və sonra da sadəcə nümayiş üçün qınayıcı açıqlaması yayırsan. Burada qeyri-səmimilik aydın şəkildə ortadadır”, - Mövlud Çavuşoğlu qeyd edib.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Dünya