USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bayden Fələstin lideri ilə görüşdən imtina edib


  • Dünya
  •  09:29 30.09.2021
  •  181
https://img.baki-baku.az/news/2021/09/photo_5198.jpg

“Ağ Ev Fələstin lideri Mahmud Abbasın keçən həftə BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ lideri Co Baydenlə görüş keçirmək istəyini rədd edib”.

APA xəbər verir ki, bu barədə “Axios” informasiya portalı ABŞ və Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bir neçə həftə əvvəl Mahmud Abbas köməkçiləri ilə BMT-yə şəxsən getməsini müzakirə edib. Bununla əlaqədar, Baydenlə Nyu-Yorkda və ya az sonra Vaşinqtonda yüksək səviyyəli həftə çərçivəsində görüşmək üçün bir fürsətin olub-olmayacağını öyrənmək qərara alınıb.

Lakin Ağ Evdəki mənbələrə Baydenin Nyu-Yorkda heç bir ikitərəfli görüş keçirməyəcəyini və Vaşinqtondakı görüşün də prezidentin iş qrafikinə uyğun olmadığını bildirib.

Belə olan halda Mahmid Abbas ABŞ-a səfərini təxirə salaraq, videoçıxışla kifayətlənməli olub.

“Axios”a görə, bu halda Ağ Evin davranışı Fələstin-İsrail nizamlanması məsələsinin Bayden administrasiyası üçün prioritet olmadığını göstərir.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Dünya