USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

NATO gəmiləri Gürcüstanın ərazi sularında


  • Dünya
  •  12:08 28.09.2021
  •  193
https://img.baki-baku.az/news/2021/09/photo_5160.jpg

NATO-ya məxsus 5 hərbi gəmi Gürcüstanın ərazi sularına daxil olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi Departamenti (PPD) məlumat yayıb.

Bildirilib ki, İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyəyə məxsus 5 hərbi gəmidən ibarət Daimi NATO Minalara Qarşı Tədbirlər Qrupu 2 (SNMCMG2) ispaniyalı kapitan Xavyer Nunez de Pradonun rəhbərliyi ilə Batumi limanına yan alıb.

Məlumatda qeyd olunub ki, bu səfər Gürcüstanın NATO-ya üzvlük kursunun dəstəklənməsini təsdiq edir, Gürcüstanın NATO ilə əməkdaşlığı Qara dənizdə təhlükəsizliyi gücləndirir və regional sabitliyi təşviq edir.

NATO hərbi gəmilərinin səfəri çərçivəsində Qara dənizdə Gürcüstan Sahil Mühafizə Xidməti ilə birgə təlimlər keçiriləcək. Təlimlərin məqsədinin Gürcüstan və NATO Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və Gürcüstanın müdafiə imkanlarını artırmaq olduğu bildirilib.

Xatırladaq ki, bu NATO gəmilərinin bu il Gürcüstana sayca ikinci səfəridir.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Dünya