USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kreml Ərdoğanın Krımın ilhaqına dair bəyanatından təəssüflənir - Peskovdan açıqlama


  • Dünya
  •  15:42 22.09.2021
  •  219
https://img.baki-baku.az/news/2021/09/photo_5101.jpg

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi Krımın ilhaqına dair bəyanatından təəssüflənib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Sözsüz ki, bu bəyanatın ünvanı kimi biz özümüzü hesab edir, bunu belə qəbul edirik. Əlbəttə ki, bu bəyanatın indi, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfərinin hazırlandığı vaxt səslənməsindən təəssüflənirik. Bununla belə, ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkələrimiz arasında gündəlikdə duran çox qaynar regional problemlərin həllində qarşılıqlı əlaqələr mövzusuna diqqət yetirməyi üstün tuturuq. O ki qaldı Türkiyənin bu mövqeyinə, biz bunu yaxşı bilirik. Bu mövqe ilə qətiyyən razı deyilik. Türkiyə tərəfi ilə işləməyi davam etdirəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı zamanı Krımın ilhaq olunduğunu bildirib.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Dünya