USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov: "Belarusu Rusiyadan qoparmaq cəhdlərinə layiqincə və sərt cavab verəcəyik"


  • Dünya
  •  15:31 02.09.2020
  •  266
https://img.baki-baku.az/news/2020/09/photo_510.jpg

“Moskva və Minsk Belarusu Rusiyadan qoparmaq cəhdlərinə layiqincə və sərt cavab verəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Belarusda vəziyyəti çalxalamağa, Belarusu Rusiya Federasiyasından qoparmağa, İttifaq Dövlətinin fəaliyyətinin əsaslarını sarsıtmağa cəhd edənlərə biz faktlar əsasında, bu ölkənin daxili işlərinə hər hansı müdaxilədən imtina etmək tələbləri əsasında layiqli və qətiyyətlə cavab verəcəyik. Hesab edirik ki, bütün problemlər Belarus Respublikasının Konstitusiyası əsasında həll olunmalıdır", - deyə Rusiya XİN başçısı vurğulayıb.

 Lavrov Belarusda vəziyyətin ölkəsini niyə narahat etdiyini də açıqlayıb: "Belarusda vəziyyət Moskvanı narahat edir. Çünki Minsk Moskvanın strateji müttəfiqdir. Belarus Respublikası ilk dəfədir ki, ciddi qeyri-sabitlik təhlükəsi ilə üzləşib. Bu qeyri-sabitlik, bu səylər xaricdən enerjili müdaxilə ilə baş verir. Biz Belarusun qanuni hakimiyyətinə bir sıra xarici dövlətlər - hansılar ki, eyni vaxtda açıq şəkildə müxalifəti dəstəkləyir - tərəfindən təzyiq göstərmək cəhdlərini qınayırıq".




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya