USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünyada əmək azadlığı səviyyəsi - REYTİNQ


  • Dünya
  •  12:10 06.09.2021
  •  200
https://img.baki-baku.az/news/2021/09/photo_4908.jpg

ABŞ-ın "The Heritage Foundation" strateji araşdırmalar institutu əmək azadlığı səviyyəsinin ən yüksək olduğu ölkələrin reytinqi dərc edib.

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, siyahıda 182 ölkə yer alıb. Azərbaycan reytinqin 59-cu yerində qərarlaşıb ki, ölkənin indeksi 65,9 təşkil edib.

Reytinqin ilk pilləsində Sinqapur (91,5), ikinci yerində Bruney-Dərüssalam (90,9), üçdə isə ABŞ (87,1) qərarlaşıb.

Siyahının dördüncü yerini Yeni Zelandiya (86,3), beşinci yerini isə Qazaxıstan (86,2) tutub. Reytinqin ilk onluğuna Namibiya (85,2), Nigeriya (84,4), Avstraliya (84,1), Uqanda (83,2) və BƏƏ (81,6) daxil olub.

Qırğızıstan 79,5 indeksi ilə reytinqin 13-cü pilləsində, Belarus (75,7) – 23-cü, Özbəkistan (61,2) – 83-cü, Rusiya (55,4) – 114-cü, Ukrayna (48,7) – 146-cı, Tacikistan (46,2) – 153-cü, Moldova (39,2) isə 171-ci pilləsində yer alıb.

Siyahının autsayderləri Türkmənistan (20,0) və Şimali Koreya (5,0) olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il avqustun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 288,8 min nəfər olub, onlardan 4 947,7 min nəfərini məşğul əhali təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və

təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,4%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i

peşə, elmi və texniki fəaliyyət, 3,2%-i istirahət, əyləncə və incəsənət, 1,8%-i informasiya və rabitə, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya