USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mövlud Çavuşoğlu: “Yunanıstan beynəlxalq hüququ saymasa, zərər çəkər”


  • Dünya
  •  15:08 01.09.2020
  •  248
https://img.baki-baku.az/news/2020/09/photo_470.jpg

“1947-ci ildə qəbul edilən Paris Sülh Sazişinə görə Meis adası silahlandırıla bilməz. Yunanıstan Avropa İttifaqının da dəstəyi ilə, sadəcə, Meis adasında deyil, Şərqi Aralıq və Egey dənizlərində də beynəlxalq hüquqa zidd  addımlar atır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan Əlcəzairin Xarici İşlər Naziri Sabri Bukadumla görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.

Nazir Yunanıstana bir daha çağırış edərək bildirib ki, bu ölkə Türkiyə əleyhinə atdığı addımlara son qoymalıdır: “Biz beynəlxalq hüquqa əsaslanan haqlarımızı sonadək qoruyacağıq. Yunanıstana çağırışımızı bir daha yeniləmək istəyirik, başqalarının fitvası ilə Türkiyə əleyhinə davranışlara son verin, qonşuluq prinsiplərini pozmayın”.

M. Cavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş Naziri Kiriakos Miçotakisə iki dəfə birbaşa dialoq təklifi etdiyini xatırladaraq bildirib ki, Yunanıstan tərəf bu təklifi nəzərə almır: “Rəsmi Yunanıstan problemin həllinə deyil, bu hərəkətləri ilə Türkiyəni qıcıqlandırmağa çalışır ki, bu da son dərəcə təhlükəlidir. Bundan ən çox zərərçəkən yenə də Yunanıstan olacaq”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya