USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Quran haqqı VPN-dən istifadə etməyəcəm" - Türkmənistanda evinə internet çəkdirənlər üçün and


  • Dünya
  •  19:10 10.08.2021
  •  244
https://img.baki-baku.az/news/2021/08/photo_4659.jpg

Türkmənistanda internet istifadəçiləri virtual özəl şəbəkələrdən (VPNs) istifadə etməyəcəklərinə dair Qurana and içməyə məcbur edildiklərini deyirlər.

Bəzi internet istifadəçiləri bu haqda AzadAvropa/AzadlıqRadiosu-na danışıblar. Onların deməsinə görə, evlərinə internet xətti çəkilməsi üçün müraciət edəndə hakim orqanlar onlardan tələb edirlər ki, VPN-dən heç vaxt istifadə etməyəcəklərinə dair müsəlmanların müqəddəs Quran kitabına and içsinlər.

VPN-lər Türkmənistanda qanunsuz olsa da, hökumətin internet qadağalarından yan keçmək üçün geniş istifadə olunur.

“Evimdə Wi-Fi quraşdırılmasından ötrü gərəkən sənədləri verib, anketləri doldurandan sonra ilyarım gözlədim. İndi deyirlər ki, VPN-dən istifadə etməyəcəyimlə bağlı Qurana and içməliyəm, amma VPN-siz də heç nəyə girmək olmur axı. Bilmirəm neyləyim”, – özünü Aynur kimi təqdim edən internet istifadəçisi avqustun 9-da radioya deyib.

AzadlıqRadiosu-nun yerli müxbirinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin bir rəsmisi hər bir internet istifadəçisindən VPN istifadə etməyəcəyi ilə bağlı Qurana and içməyi tələb edir.

Türkmənistan hakimiyyəti illərdir Facebook, YouTube, Twitter daxil olmaqla saysız vebsaytları bloklayıb. VPN xidmətləri təklif edən saytlar da həmin siyahıdadır. Mobil telefonlara bu xidmətləri quraşdıranlar isə həbsə atılıb.

İnternet senzurasına görə Türkmənistan dünyada ən axırıncı yerlərdədir. Onun “qonşuları” Belarus, Çin, İran, Şimali Koreya və Suriya kimi ölkələrdir.

Azpost.info




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya