USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dohada “Taliban” hərəkatının iştirakı ilə Əfqanıstandakı vəziyyətlə bağlı danışıqlar başlayacaq


  • Dünya
  •  11:26 10.08.2021
  •  236
https://img.baki-baku.az/news/2021/08/photo_4641.jpg

Bu gün Qətərin paytaxtı Dohada “Taliban” hərəkatının iştirakı ilə Əfqanıstandakı vəziyyətlə bağlı danışıqlar başlayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, danışıqların üç gün davam edəcəyi nəzərdə tutulur. Danışıqlarda Əfqanıstan hökumətini Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah, Təhlükəsizlik direktorluğunun sabiq rəhbəri Məsum Stanekzay və Sülh məsələləri üzrə nazir Sayed Sədat Mansur Naderi təmsil edəcək.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma illərdir davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqlarında hələlik heç bir irəliləyiş əldə olunmayıb. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici ölkə qoşunlarının Əfqanıstan çıxarılması fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.

Taliblər avqustun 6-da Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz əyalətinin administrativ mərkəzi Zaranc şəhərinin nəzarətini ələ keçirib. Bu, 2016-cı ildən bəri “Taliban” hərəkatının nəzarətinə keçən ilk əyalət mərkəzidir. Daha sonra onlar ölkənin 34 əyalətindən beşinin mərkəzini, o cümlədən Tacikistan sərhədindən 60 kilometr məsafədə yerləşən Qunduz şəhərini tutduqlarını bəyan ediblər. Lakin rəsmi Kabil bunu təsdiqləməyib. Ekspertlərin fikrincə, Qunduz şəhərinin taliblərin nəzarətinə keçməsi Əfqanıstandakı vəziyyətin dönüş nöqtəsi ola bilər.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın da Dohaya gedəcəyi bildirilir. O, Əfqanıstandakı vəziyyətlə bağlı danışıqlarda iştirak etmək və “Taliban” hərəkatını hücumlara son qoymağın vacibliyinə inandırmaq niyyətindədir.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya