USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yaponiya hökuməti "Tokio-2020"yə görə koronavirusun yeni ştammının rast gəlindiyini gizli saxlayıb - İDDİA


  • Dünya
  •  17:14 06.08.2021
  •  288
https://img.baki-baku.az/news/2021/08/photo_4625.jpg

Olimpiya Oyunlarının başlamasından üç gün əvvəl Yapon Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) Qlobal Virus Genomu Verilənlər Bazasına (GISAID) koronavirusunun təhlükəli lyambda stamının aşkarlanması haqqında məlumat təqdim edib. Ancaq yapon rəsmiləri qərara alıblar ki, olimpiada bitmədən əvvəl ictimaiyyət təsbit edilən mutasiya haqqında bilməməlidir. "Baki-Baku.az" xəbər verir ki, bu, ABŞ-ın "Daily Beast" internet nəşrinin iddiasıdır

Nəşrin yazdığına görə, Yaponiya Yoluxucu Xəstəliklər İnstitutundan olan bir alim ştammın hava limanında yoxlama zamanı aşkarlandığını söyləyib. Bununla bağlı məlumatlar iyulun 20-də GISAID-ə təqdim edilib. Ancaq Yaponiya hakimiyyəti mutasiyanın aşkarlanması ilə bağlı ictimaiyyətə məlumat verməyib.

Qəzet institutun adının açıqlanmayan əməkdaşının "Səhiyyə Nazirliyi bu məlumatın Olimpiya Oyunları bitdikdən sonra daha yaxşı çatdırılması barədə razılığa gəlib. Oyunlar və bu, utancverici haldır" sözlərindən sitat gətirib.

Ehtimal edilir ki, koronavirusun bu ştammını Yaponiyaya ABŞ-da səfərdə olan bir şəxs gətirib. Həmin şəxsin Olimpiya Oyunlarının iştirakçısı olub-olmadığı bilinmir. Yaponiya Səhiyyə Nazirliyinə yaxın mənbələr COVİD-19 infeksiyasının Perudan Tokio hava limanına gələn bir qadında aşkarlandığını söyləyiblər. Təhlildən sonra bunun "lyambda" ştammı olduğu ortaya çıxıb.

Koronavirusun "lyambda" variantı ilk dəfə 2020-ci ildə Peruda təsbit edilib. İyul ayında Ümumdünya Səhiyyə Təşkilatı bu növün 30-dan çox ölkədə, əsasən Cənubi və Şimali Amerikada yayıldığını bildirib.

Yapon alimləri lyambda koronavirus stsmının yüksək yoluxuculuq qabiliyyətini aşkarlayıblar. 




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya