USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gürcüstanın baş naziri: Ölkə növbəti qapanmaya dözə bilməz


  • Dünya
  •  13:53 26.07.2021
  •  298
https://img.baki-baku.az/news/2021/07/photo_4493.jpg

Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirus pandemiyası ilə əlaqədar ölkədə lokdaun elan etmək və ya iqtisadi fəaliyyətə ciddi məhdudiyyətlər qoymaq niyyətində olmadığını söyləyib. "Baki-Baku.az" "Novosti-Georgia"ya istinadən xəbər verir ki, o, hökumətin iclasınındakı çıxışında bunu deyib. Baş nazir bildirib ki, Gürcüstan növbəti qapanmaya dözə bilməz, məhdudiyyətlər iqtisadiyyata zərər verə bilər, yeni borclar yaranar. Buna görə də Qaribaşvili hamını peyvənd olunmağa çağırıb: “Son vaxtlar qapanma olub-olmayacağı haqqında çox danışılır. Fərqli bir yol seçdiyimizi bildirmək istəyirəm. Bu idarəetmə yoludur. Pandemiyanı effektiv şəkildə idarə etmək üçün hər şeyi etməliyik. Ölkəmiz artıq yeni bir qapanmaya tab gətirə bilməyəcək. Nə qapanma, nə də bu məhdudiyyətlər əsaslandırılmayacaq. Üstəlik bu, ölkəmizin iqtisadiyyatına ziyan vuracaq”.

Baş nazirin sözlərinə görə, əgər növbəti lokdaun olsa, bu, bir neçə milyard dollar borc götürmək zərurətini meydana çıxaracaq, borc isə vətəndaşlar tərəfindən ödənilməlidir. Qaribaşvili bildirib ki, pandemiya dövründə Gürcüstan ilk 6 ayda 12 faiz iqtisadi artım göstərib və bir lari borc almayıb. Baş nazirin sözlərinə görə, hökumət büdcəni bir milyarddan çox artırıb. “Hər yeri açdıq. Artıq bir neçə aydır iqtisadiyyat çox sürətlə inkişaf edir".

Qaribaşvili Gürcüstan vətəndaşlarından facebook üzərindən yayılan minlərlə yalan və dedi-qoduya deyil, elm adamlarına və elmə güvənib onlara inanmalarını istəyib və peyvənd olunanlar arasında praktik olaraq koronavirüsdən ölüm hallarının olmadığını vurğulayıb. O, Səhiyyə Nazirliyinə insanların yerində vaksinasiyası üçün tədricən hər bir kəndə peyvənd verilməsini tapşırdığını dilə gətirib.

Qaribaşvili onu da bildirib ki, koronavirus hallarının kəskin artması Gürcüstanda baş verən etirazlarla əlaqəlidir. Onun sözlərinə görə, aksiyalardan sonra infeksiya nisbəti iki dəfə artıb. “Bir neçə gün ərzində məsuliyyətsiz hərəkətlərin birbaşa nəticəsi infeksiyaların sayının ikiqat artırdı. Əlbəttə, əhalini diqqətli və məsuliyyətli davranmağa çağırırıq", - deyən baş nazir Gürcüstana yarım milyon doza Pfizer peyvəndini verdiyinə görə ABŞ-a təşəkkür edib.

Hazırda Gürcüstanda 2 milyon doz peyvənd var. Bunun 1,5 milyonu Çin peyvəndi, yarım milyon doza isə Pfizerdir. Qaribaşvilinin sözlərinə görə, Gürcüstan daha bir milyon doza Pfizer peyvəndi alacaq. Peyvənd ölkəyə mərhələli şəkildə daxil olacaq. “Ümumilikdə üç milyon doza peyvəndimiz olacaq. İki milyon artıq yerindədir. 1 milyon ölkəyə yaxın ayda, maksimum ay yarımda, mərhələlərlə, hər həftə sonu daxil olacaq. Bir daha hamını peyvənd olunmağa, öz həyatını, öz sağlamlığını qorumağa və eyni zamanda valideynlərimizin, övladlarımızın, qohumlarımızın sağlamlığı qorumağa çağırıram.

Qeyd edək ki, Gürcüstanda 402.765 nəfər peyvənd edilib. Bu, əhalinin 11 faizdən çoxu deyil. 




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Dünya