USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycandakı səfirin Şuşaya getməsinə görə Yunanıstan parlamenti ölkənin XİN rəhbərindən izahat tələb edir


  • Dünya
  •  17:24 16.07.2021
  •  332
https://img.baki-baku.az/news/2021/07/photo_4444.jpg

Yunanıstanın Erməni Milli Komitəsinin (ANKG) təşəbbüsü ilə Yunanıstanın xarici işlər naziri Nikos Dendias Yunanıstanın Azərbaycandakı səfirinin Şuşaya getməsi ilə bağlı izahat vermək üçün ölkə parlamentinə çağrılıb. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı məlumatı Ermənistanın "Asbarez" qəzeti yayıb.

Məlumatda bildirilir ki, ANCG-nin Yunanıstan rəhbərinə ünvanladığı məktubda Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperigosun Şuşa da daxil olmaqla Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərində iştirak etmək qərarından narazılıq ifadə edilib. 

Qeyd edək ki, Yunanıstan-Ermənistan parlament dostluq qrupunun sədr müavini Nina Kasimati bu məsələ ilə bağlı parlamentə müraciət edib. Xarici işlər naziri N.Dendiasın lazımi izahatları vermək üçün ali qanunverici orqana çağrılmasına dair qərar da məhz bu müraciətdən sonra qəbul edilib.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Dünya