USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ hərb tarixində bir ilk - qadın "dəniz pişikləri"nin sıralarına qəbul edildi


  • Dünya
  •  15:54 16.07.2021
  •  356
https://img.baki-baku.az/news/2021/07/photo_4439.jpg?v=MjAyMS0wNy0xNiAxNjowNDoyMg==

Tarixdə ilk dəfə bir qadın ABŞ Dəniz Qüvvələrinin "dəniz pişikləri"nin sıralarına qəbul edilib. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

“Dəniz Xüsusi Qüvvələri proqramını bitirən ilk qadın olmaq müstəsna bir nailiyyətdir və yeni komanda üzvümüzlə fəxr edirik. Həmkarları kimi, xüsusi təyinatlı bir əsgər üçün lazım olan xarakterin gücünü, idrak qabiliyyətini və liderlik keyfiyyətlərini nümayiş etdirdi”, - deyən ABŞ Dəniz Qüvvələrinin admiralı Uayman Hovard məsələni şərh edib.

Qeyd edək ki, məlumatda "dəniz pişikləri" sıralarına qəbul edilən qadının adı açıqlanmır. Yalnız bildirilir ki, o, 18 zəif cinslinin sırasından seçilib. Onlardan 14-ü sınaqların öhdəsindən gəlməyob, daha üçü növbələrini gözləyir və potensial olaraq xüsusi təyinatlı qüvvələrin təmsilçiləri ola bilərlər.

Onu da bildirək ki, 2015-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri qadınları öz sıralarına cəlb etməyə başlaya biləcəyi açıqlamışdı. 




Redaktorun seçimi

Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Dünya