USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kuba prezidenti kommunistləri küçələrə çıxmağa çağırdı


  • Dünya
  •  09:37 12.07.2021
  •  190
https://img.baki-baku.az/news/2021/07/photo_4360.jpg

Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudez kommunistləri mövcud hökumətə qarşı nümayişlər zamanı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa çağırış edib.

APA “Cubavision Internacional” portalına istinadən xəbər verir ki, ölkə başçısı etirazçıları Amerika imperatorluğuna satılan əksinqilabi muzdlular adlandırıb.

O, qeyd edib ki, nümayişçilərə ölkədəki sabitliyi pozmağa icazə verilməyəcək, onlara qarşı inqilabi cavab olacaq.

Qeyd edək ki, Kubada iyulun 11-dən hökumət əleyhinə etiraz nümayişləri keçirilir. Etiraz aksiyaları paytaxt Havana da daxil olmaqla Kubanın səkkiz böyük şəhərini əhatə edir.

Etirazçılar “azad seçkilər” və sosial problemlərin, ilk növbədə ərzaq çatışmazlığının həllini tələb edirlər.

Qeyd edək ki, ABŞ-da yaşayan Kuba əsilli bir sıra siyasətçilər prezidenti Co Baydeni “Azadlıq adası”ndakı etirazlara müdaxilə etməyə çağırıblar.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Dünya