USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Talibandan Əfqanıstanın bölünəcəyi anonsu


  • Dünya
  •  12:34 09.07.2021
  •  246
https://img.baki-baku.az/news/2021/07/photo_4348.jpg

Taliban terror təşkilatı Əfqanıstanda "Azad İslam dövləti sistemi" nin formalaşdırmağı hədəf seçdiyini açıqlayıb. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu təşkilatın ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim deyib. Maraqlıdır ki, M.Naim taliblərin bütün Əfqanıstan üzərində hökmranlıq istəmədiklərini açıqlayıb. Bu isə ölkənin bölünəcəyinə dair anons kimi də qiymətləndirilə bilər. 

"Məqsədimiz güc və hökmranlıq olsaydı, 2001-ci ildə buna nail olardıq", - deyə Naim vurğulayıb. O, eyni zamanda Talibanın ölkənin və millətin azadlığına sadiq olduğunu bildirib. Naim "Taliban"ın hələ Kabil təmsilçiləri ilə görüşmədiyini vurğulayıb, hərəkatın digər ölkələrlə dialoq aparmağa və onları narahat edən məsələləri müzakirə etməyə hazır olduğunu qeyd edib. “Bəzi ölkələr Əfqanıstanla münasibətlərdə problem yaşayırsa, qoy bu barədə danışsınlar, onları narahat edən nədir? Heç kimlə problemimiz yoxdur”, - deyə Naim fikrinə aydınlıq gətirib.

Qeyd edək ki, Əfqanıstandakı vəziyyət ABŞ və NATO qoşunlarının mayın 1-də ölkədən qoşunlarını rəsmi şəkildə geri çəkilməsinə başladıqdan sonra gərginləşib. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlar ordusunun 11 sentyabr tarixinə qədər Əfqanıstanı  tamamilə tərk edəcəyini bildirib. 




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Dünya