USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bir neçə saata 4,2 milyard dollarlıq qazanc - ZOOM


  • Dünya
  •  10:16 01.09.2020
  •  284
https://img.baki-baku.az/news/2020/09/photo_421.jpg

ABŞ-ın “Zoom Video Communications” şirkətinin yaradıcısı Erik Yuanın sərvəti bir neçə saat ərzində 4,2 milyard dollar artıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda ABŞ-ın elektron hərraclarında “Zoom Video Communications” şirkətinin aksiyalarının bir neçə saat ərzində təqribən 26 faiz artdığı bildirilir. Qeyd olunur ki, bu tendensiya saxlanılarsa, Erik Yuanın sərvəti çərşənbə axşamı 20 milyard dolları keçəcək.

Şirkətin aksiyalarının qiyməti pozitiv korporativ hesabatdan sonra bahalaşıb. Erik Yuan “Zoom Video Communications” şirkətinin prezidenti, direktorlar şurasının sədri və icraçı direktorudur.

“Zoom”un populyarlığı yeni növ koronavirus pandemiyası dövründə insanların məsafədən işləməyə keçməsi nəticəsində artıb. Lakin şirkətin əməkdaşları istifadəçilərin məlumatlarının qorunmasını təmin etmək üçün lazımi tədbir görmədikləri səbəbindən dəfələrlə tənqid edilib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya