USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan ombudsmanı seçkiqabağı təbliğat barədə: "...kim təhqir edirsə, aşağılayırsa o da güclüdür"


  • Dünya
  •  16:27 11.06.2021
  •  305
https://img.baki-baku.az/news/2021/06/photo_4020.jpg

Ermənistanda seçkiqabağı təbliğatda siyasi dairələr, ayrı-ayrı xadimlər, həmçinin vəzifəli şəxslər bir-birilərinə məzmunlu suallar ünvanlamaq yerinə, təhqir, böhtan və zorakılıq elementləri ilə müşahidə olunan ittihamlar irəli sürürlər. "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistan Ombudsmanı Arman Tatoyan özünün facebook səhifəsinə yazıb. 

"Məlum olur ki, artıq cəmiyyət də buna öyrəşib. Bir tərəf təhqir edəndə, ittiham yağdıranda cəmiyyət səbirsizliklə gözləyir ki, qarşı tərəf necə reaksiya verəcək. Belə təəssürat yaranır ki, kim gəlişi gözəl ifadələrlə çox ittiham, təhqir edirsə, aşağılayırsa o da güclüdür. Sonra siyasi dairələrin tərəfdarları da bir-birilərini eyni kəlmələrlə alçaldırlar. Ancaq seçkiqabağı təbliğat təhqirlərin, açıq söyüşlərin nümayiş meydanı deyil", - deyə Tatoyan vurğulayıb. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Dünya