USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Robert Koçaryan: "...Azərbaycan Naxçıvana dəhlizi aşıb keçəcək"


  • Dünya
  •  14:59 01.06.2021
  •  292
https://img.baki-baku.az/news/2021/06/photo_3922.jpg

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiyanın RBK telekanalına müsahibəsində Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə, o cümlədən ölkədəki parlament seçkiləri ilə bağlı bir sıra məqamlara toxunub.

"Baki-Baku.az" xəbər verir ki, R.Koçaryan öncə müharibədən sonra Ermənistanda Rusiyaya münasibətlə əlaqədar suala cavab verib. O, seçkilərin nəticələrinin bunu müəyyənləşdirəcəyini diqqətə çatdırıb. Əlavə edib ki, Ermənistanda hakimiyyətə gəlmiş şəxslər dəyişikliyin baş verməsinə çalışıblar. Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin böyük hissəsi Rusiyaya ölkənin və regionun təhlükəsiliyinin təminatçısı olaraq baxır. "Rusiyanın hərbi-siyasi müttəfiqi Ermənistan məğlub oldu, amma xarici-siyasi müttəfiqi Türkiyə qalib gəldi. Hansı səmtə fırlatsan, məsələyə baxış budur", - deyə R.Koçaryan vurğulayıb. 

R.Koçaryan bildirib ki, regionda aksentlər dəyişib. Türkiyə faktoru güclənib. Ancaq Rusiya yenə də Türkiyənin regiondakı aktvliyini məhdudlaşdıran qüvvə olaraq qalmaqdadır. 

Ermənistanın ikinci prezidenti ölkənin Azərbaycanla sərhəddindəki duruma diqqət çəkib və bildirib ki, vəziyyətin belə alınması Ermənistan Respublikası hökumətinin sərhədlərin qorunmasına önəm verməməsidir. Onun sözlərinə görə, bu hakmiyyət qaldıqca Azərbaycan Naxçıvana dəhlizi aşıb keçəcək. İndiki halda Bakını saxlayan Ermənistan-Rusiya hərbi müttəfiqliyidir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından böyük gözləntim yoxdur. Bunu açıq şəkildə deyirəm. Təəssüf ki, Ermənistan hakimiyyəti ölkənin KTMT ilə əlaqələrini pozmaq üçün hər şeyi etdi. İkitərəfli planda da Azərbaycanın KTMT-dəki bütün ölkələrlə kifayət qədər isti əlaqələri var. Əlbəttə, burada Rusiya qala rolunu oynayır. Ancaq qərarlar kollektiv şəkildə qəbul edilir".

Ermənistanın ikinci prezidenti müsahibəsində həmçinin ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın onunla bağlı söylədiklərinə də münasibət bildirib. O deyib ki, Paşinyanın 1999-cu ildə Mehrini Naxçıvana dəhliz üçün verməyə razılıq verildiyinə dair söylədikləri absurddur. "Bu adam nəyi vermək mümkün idisə verdi. Nə qaldısa, ancaq Rusiyaya görədir".




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya