USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bir sutkada 79 min 457 COVID-19-a yoluxma - dünya üzrə rekord


  • Dünya
  •  11:11 31.08.2020
  •  284
https://img.baki-baku.az/news/2020/08/photo_380.jpg

Avqustun 30-da dünyada COVID-19 infeksiyasına ən çox yoluxma halı Hindistanda qeydə alınıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda 79 min 457 nəfər COVID-19 xəstəliyinə yoluxub. Bu, həm də ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır.

Həmçinin ötən sutka ərzində Hindistanda 960 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.

İndiyə qədər ölkədə 3 milyon 624 min 613 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 64 min 646 nəfərə çatıb.

Hindistan həm COVID-19 infeksiyasına yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Dünya