USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu ölkədə 15 milyon adam koronavirusa qarşı peyvənd ediləcək


  • Dünya
  •  10:43 31.08.2020
  •  262
https://img.baki-baku.az/news/2020/08/photo_375.jpg

İndoneziyada cari ilin sonlarınadək təqribən 15 milyon nəfərin koronavirusa qarşı ilk peyvənd alacağı gözlənilir. Peyvənd Çin və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan alimlərin iştirakı ilə hazırlanır.

AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Dövlət Müəssisələri naziri Erik Thohir məlumat verib.

İndoneziyada, həmçinin koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpasına cavabdeh olan nazir bildirib ki, yeni peyvəndin sınaqları uğurlu nəticə verəcəyi halda ilin sonlarınadək ölkədə təqribən 30 milyon doza peyvənd tədarük olunacaq. Onun sözlərinə görə, beləliklə təqribən 15 milyon nəfər peyvənd edilə biləcək.

Nazir, həmçinin qeyd edib ki, Çinin “Sinovac Biotech” dövlət farmasevtik holdinqi ilin sonunadək İndoneziyaya 20 milyon doza yeni peyvənd tədarük etməyi planlaşdırır. Gələn ilə isə bu göstərici 250 milyon doza təşkil edəcək. Bununla yanaşı, BƏƏ-nin “G42” şirkəti də dekabrda Cakartaya 10 milyon doza, gələn ilin birinci rübündə daha 50 milyon doza peyvənd tədarük etməyi nəzərdə tutur.

E.Thohirin bildirdiyinə görə, yeni peyvənd dövlət sığorta proqramına daxil olan 221 milyon İndoneziya vətəndaşı üçün pulsuz olacaq. Bununla yanaşı, qiyməti təqribən 30 dollar olacaq peyvəndi digər sakinlər də əldə edə biləcəklər.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə İndoneziyada koronavirusa yoluxanların sayı 172 mini ötüb, bunlardan 7,3 mini həyatını itirib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Dünya