USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan prezidentinin ikili vətəndaşlığı ilə bağlı cinayət işi başlanıb


  • Dünya
  •  16:38 03.05.2021
  •  252
https://img.baki-baku.az/news/2021/05/photo_3724.jpg

Ermənistan Baş Prokurorluğu prezident Armen Sarkisyanın ikili vətəndaşlığının gizlədilməsi faktı ilə bağlı araşdırma aparır.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Vəkillər Palatasının rəhbəri Ara Zoqrabyan “Facebook”da bildirib.

Ermənistanda martın 30-da 53 vəkilin prezident A. Sarkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi barədə müraciətindən sonra Xüsusi İstintaq Xidməti faktla bağlı cinayət işinin başladılmasından imtina edib, bundan sonra vəkillər qərardan şikayət veriblər.

“Baş Prokurorluq şikayət əsasında Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edərək Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci bəndi (sənədlərin saxtalaşdırılması, onların istifadəsi və ya realizasiyası) ilə iş başlayıb”, - deyə A. Zoqrabyan qeyd edib. 

Onun sözlərinə görə, Baş Prokurorluq iddiaçıların A. Sarkisyanın Britaniya vətəndaşlığının 2011-ci ildən sonra da mövcud olmasına dair ehtimallarını qanuni sayıb.

Qeyd edək ki, 53 vəkilin müraciətində bildirilib ki, A. Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub. Konstitusiyaya görə, prezident vəzifəyə seçilməzdən qabaq son 6 il ərzində Ermənistan vətəndaşlığını daşımalıdır. Vəkillər Palatasının yaydığı məlumatda qeyd olunub ki, A. Sarkisyanın Britaniya vətəndaşlığının müddəti ancaq 2012-ci ilin noyabrında başa çatıb, o isə 2018-ci ilin martın 2-də prezident seçilib. Qanunvericiliyə əsasən, A. Sarkisyanın Britaniya vətəndaşlığı 2012-ci ilin 1 mart tarixindən gec olmayaraq ləğv edilməli idi. 53 vəkil bunun əsasında cinayət işinin başladılması üçün müraciət hazırlayıb.

 

 

 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya