USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb


  • Dünya
  •  10:07 30.04.2021
  •  284
https://img.baki-baku.az/news/2021/04/photo_3691.jpg

ABŞ öz hərbi kontingentini Əfqanıstandan çıxarmağa başlayıb.

APA “CNN”-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer öz açıqlamasında bildirib.

“Qoşunların çıxarılması davam edir. Ötən həftə Pentaqon rəhbəri Lloyd Ostin Silahlı Qüvvələr Mərkəzi Komandanlığının ABŞ qüvvələrinin Əfqanıstandan etibarlı və təsdiqlənmiş şəkildə çıxarılmasına dəstək üçün əlavə vəsait ayrılması tələbini təsdiqləyib”, - Ağ Ev rəsmisi belə deyib.

Onun sözlərinə görə, “qoşunların çıxarılması zamanı ABŞ və koalisiya qüvvələrini qorumaq üçün “B-52H Stratofortress” strateji bombardmançı təyyarələri Mərkəzi Komandanlığın məsul olduğu bölgədə yerləşdirilir”.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Dwight Eisenhower” atom aviasiya gəmisi hazırkı missiyasını davam etdirəcək və yalnız iyul ayında onun missiyası başa çatacaq.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya