USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan TŞ-nin katibi: Ermənistan Rusiyanın köməyilə güclü ordu formalaşdıracaq


  • Dünya
  •  15:54 23.04.2021
  •  325
https://img.baki-baku.az/news/2021/04/photo_3626.jpg

Ermənistan Rusiyanın köməyilə güclü ordu formaşaldırmaq niyyətindədir. "Baki-Baku.az" xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

A.Qriqoryanın sözlərinə görə, Yereven artıq bəyan edib ki, Ermənistanın Silahlı Qüvvələrində islahatlar Rusiyanın vasitəçiliyi ilə həyata keçiriləcək. "Hesab edirik ki, son iyirmi ildə Rusiya Silahlı Qüvvələrindəki islahatlar ən müvəffəqiyyətli islahatlar olub. Ordunun müasirləşdirilməsi və optimallaşdırılması, effektivliyin artırılması, avtomatlaşdırılmış idarəçiliyin tətbiqi, müasir silahlarla təchizat imkan verib ki, Rusiya ordusu dünyanın ən güclü ordularından biri olsun. Biz əminik ki, Rusiyanın köməkliyi ilə eyni yolu gedəcəyik və güclü Ermənistan ordusu quracağıq", - deyə Qriqoryan vurğulayıb. 

"Ermənistan müasir silahlar alacaqmı və onları kimdən alacaq" sualına cavabda A.Qriqoryan bildirib ki, ölkəsi ən yaxşı silahları alacaq və məlumdur ki, haradan alacaq, hansı ölkə mövcud sahədə liderdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki, Yerevan hərbi-sanaye kompleksini aktiv şəkildə inkişaf etdirəcəkdir. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya