USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ generalı Azərbaycan dronlarının videosunu "dron porno" adlandırdı


  • Dünya
  •  16:27 22.04.2021
  •  307
https://img.baki-baku.az/news/2021/04/photo_3609.jpg?v=MjAyMS0wNC0yMiAxNjozOToyNw==

ABŞ Ordusunun Avropadakı keçmiş komandanı, təqaüddə olan general-leytenant Ben Hodges deyib ki, artıq hökumətlər nisbətən ucuz, kiçik pilotsuz aparatların gələcək münaqişələrdə səmərəli istifadə olunduğunu bilirlər.

APA-nın xəbərinə görə, bu barədə "Defenc News" jurnalı yazıb.

"Son yeddi ildə Rusiya qüvvələrinin Ukraynaya qarşı hərəkətlərini izləyərək çox şey öyrəndik", - deyə Hodges bildirib.

O qeyd edib ki, ABŞ ordusu bu müşahidələri nəticəsində təlim ssenarilərində böyük ölçüdə dəyişiklik edib: “Bu, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha da sürətləndi”.

General deyib ki, Rusiya pilotsuz aparatları Ukrayna bölmələrini əsgərlərin mobil telefon siqnalları və yer məlumatlarını görünmədən yayan digər avadanlıqlar vasitəsilə tapırdılar: “Elektron vasitələr Dağlıq Qarabağ müharibəsində də oxşar rol oynadı".

Erməni tanklarını vuran Azərbaycan dronlarının videosunu "dron porno" adlandıran general-leytenant bu videolardan səhv dərslər çıxarmaq riskinin (tankların işə salınmaması təklifi) olduğunu da deyib.

"Deyərdim ki, əsl dərs odur ki, biz kamuflyaj və dispersiyada uğurlu olmalıyıq. Qoşunları və texnikanı yalnız vizual aşkarlanmadan deyil, həm də istilik və elektromaqnit siqnalları qəbul edən sensorlar tərəfindən aşkarlanmadan gizlətməliyik", - deyə general vurğulayıb.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Dünya