- İqtisadiyyat
- 09:51 28.03.2024
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Donbasdakı vəziyyəti müzakirə edəcək.
APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano deyib.
Onun sğzlərinə görə, bu məsələ aprelin 19-da Aİ-nin xarici işlər nazirlərinin qeyr-formal görüşündə müzakirə olunacaq.
"Ukrayna məsələsi xarici işlər nazirlərinin videokonfransının gündəliyində olacaq. Vəziyyətin inkişafını çox diqqətlə və narahatlıqla izləyirik", - deyə o bildirib.