USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

11 sentyabr terroru amerikalıları necə dəyişdi? - Sergey Lavrovun izahı


  • Dünya
  •  16:29 01.04.2021
  •  335
https://img.baki-baku.az/news/2021/04/photo_3385.jpg

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov 11 Sentyabr 2001-ci terrorunun amerikalıları necə dəyişdirdiyini izah edib. "Baki-Baku.az" "Ria Novosti"yə istinadən xəbər verir ki, S.Lavrov deyib ki, amerikalıların necə yaşamaları ilə əlaqədar onun özünün baxışlarında dönüş nöqtəsi də məhz həmin gün olub. "Nyu-Yorkda, Manhettendə idim, zəng etməyə çalışdım, telefonların hamısı söndürülmüşdü", - deyə Lavrov bu fikirlərini ölkənin Birinci kanalında yayımlanan "Boyük oyun" proqramında iştirakı zamanı dilə gətirib. Həmin vaxt Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi kimi çalışdığını bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, o vaxtdan bəri azad və öz həyatını yaşayan Nyu-York dəyişdi. Şəhər ehtiyatlanmağa başladı. Sanki yaxınlıqda problem gətirə biləcək biri varmı - düşüncəsi hakim kəsildi. "Bu şübhə daha sonra Amerika cəmiyyətinə nüfuz etməyə başladı. Yəqin ki, bunun ciddi səbəbləri var idi. ABŞ kəşfiyyat xidmətlərinin fəaliyyəti təqdirəlayiqdir. O vaxtdan bəri xəbərdar etdiyimiz Boston Marafonundan başqa heç bir hadisə, terror hücumları olmayıb. Ancaq şübhə və qapalılıq hələ də hiss olunur".

Qeyd edək ki, terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə məhv etdi. Terrorçuların nəzarətində olan başqa bir təyyarə Vaşinqtonda Müdafiə Nazirliyinin binasının qərb qanadına çırpıldı. Dördüncü hava gəmisi isə Pensilvaniya ştatının Pitsburq şəhəri yaxınlığında qəzaya uğradı. Rəsmi rəqəmlərə görə, terror aktları nəticəsində Nyu-Yorkda 2749, Vaşinqtonda 189, Pensilvaniyada 44 nəfər öldü.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya