USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lukaşenko Belarus konstitusiyasına dəyişiklik niyyətini açıqladı


  • Dünya
  •  13:53 30.03.2021
  •  290
https://img.baki-baku.az/news/2021/03/photo_3339.jpg

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə rəhbərliyinin konstitusiyaya dəyişiklik edilməsi barədə qərara gəldiklərini bildirib.

"Unudanlar üçün xatırlatıram ki, Lukaşenkonu konstitusiyanı yenidən yazmağa vadar edən Rusiya və Rusiya rəhbərliyi deyil. Bunu çoxdan bəri edirik. Bunu ona görə edirik ki, Lukaşenko əbədi deyil və biz bilmirik ki, kim gələcək. B, birinci səbəbdir. Qərar aldıq ki, konstitusiyaya müraciət edək". "Baki-Baku.az" xəbər verir ki, Belarus lideri vurğulayıb.

Qeyd edək ki, Lukaşenko Belarusun yeni konstitusiyası layihəsinin 2022-ci ilin əvvəlində referenduma çıxarılacağını və əsas qanun layihəsinin 2021-ci ilin sonuna qədər hazırlanacağını daha əvvəl söyləmişdi. O, martın 16-da dəyişikliklərin hazırlanması ilə məşğul olacaq tərkibi 36 nəfərdən ibarət konstitusiya komissiyasının yaradılması haqqında fərman da imzalayıb. Sözügedən komissiya təkliflərini avqustun 1-dək dövlət başçısına təqdim etməlidir.

Onu da deyək ki, Lukaşenko bu ilin fevralında keçirilmiş 6-cı Ümumrusiya Xalq Məclisindəki çıxışı zamanı ölkənin mövcud idarəetmə formasının qalmalı olduğunu, ancaq əsas qanunun dəyişdirilməsinə ehtiyacın duyulduğunu bildirmişdi. O, söjbət əsnasında ölkədə səlahiyyətlərin yenidən bölüşdürülməsi ilə bağlı planının mövculuğunu da vurğulamışdı.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Dünya