USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran İsrailə məxsus gəmiyə raket zərbəsi endirib


  • Dünya
  •  12:17 26.03.2021
  •  250
https://img.baki-baku.az/news/2021/03/photo_3300.jpg

Tanzaniyadan Hindistana doğru hərəkətdə olan İsrailə məxsus yük gəmisi Ərəbistan dənizində İran tərəfindən raket atəşinə tutulub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” televiziyası məlumat yayıb.

Bildirilib ki, gəminin heyət üzvlərindən xəsarət alan olmayıb. Lakin zərərin qiymətləndirilməsi gəminin yan alacağı limanda araşdırılacaq. 

Gəminin məxsus olduğu “XT Management” şirkətinin rəhbərliyi və İsrail təhlükəsizlik qüvvələri hadisə barədə məlumatlandırılıb. 

Xatırladaq ki, bundan əvvəl Baş nazir Binyamin Netanyahu bu ilin fevral ayının sonunda İranı Oman Körfəzində İsrailə məxsus “Helios Ray” gəmisinə hücum etməkdə günahlandırmışdı. Lakin İran Xarici İşlər Nazirliyi İsrailin bu iddialarını qəti şəkildə rədd etmişdi. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Dünya