USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koçaryandan sonra, Sarkisyan da - "Köhnə rejim" Paşinyandan qisasa tam köklənmiş görünür


  • Dünya
  •  14:51 18.03.2021
  •  419
https://img.baki-baku.az/news/2021/03/photo_3279.jpg

"Ötən üç ildə bizim böyük itkilərimiz oldu. Ancaq biz eyni zamanda gücləndik də. Sıralarımız kristallaşdı. Hazırda bizim peşəkar və rəqabətədavamlı komandamız var. Biz güclü və milli dövlət naminə mübarizə aparacağıq". "Baki-Baku.az" xəbər verir ki, bu fikirləri Ermənistanın üçüncü prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan tərəfdarlarının Ümumi Yurisdiksiyalı Yerevan Məhkəməsinin önündə keçirilmiş mitinqindəki çıxışında deyib. 

S.Sarkisyan siyasi səngəri qoyub çıxmayacağını bildirib. "Mən siyasi səngəri tərk etməyəcəm. Mən ümumiyyətlə səngəri tərk edib çıxanlardan deyiləm. Həyat yolumda bunu sübut etmişəm. Asanlıqla vəzifəni, erməni xalqı naminə hakimiyyəti güzəştə gedə bilərəm, amma heç zaman erməni dövlətçiliyini qoruyan səngəri tərk etmərəm. Buna əmin ola bilərsiniz", - deyən Sarkisyan partiyasının bundan sonrakı fəaliyyətinin düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü və təmiz olacağını dilə gətirib. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Dünya