USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Məhkəmə yekun qəraradək Onik Qasparyanı Baş Qərargah rəisi vəzifəsində saxlayıb


  • Dünya
  •  11:58 18.03.2021
  •  230
https://img.baki-baku.az/news/2021/03/photo_3269.jpg

Ermənistanın inzibati məhkəməsi yekun qərar çıxanadək Onik Qasparyanı Baş Qərargah rəisi vəzifəsində saxlamaq haqqında qərar qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə O. Qasparyanın vəkili Artur Ovannisyan bildirib.

“İnzibati Məhkəmə iddianın təmin olunması ilə bağlı tədbir görülməsi qərarını qəbul edib. Yəni, bu o deməkdir ki, Onik Qasparyan öz vəzifəsində qalır və yekun qərar çıxanadək öz səlahiyyətlərini icra etməyə davam edəcək. Bu qərar ona görə verilib ki, Baş Qərargah rəisi beş illik müddətə təyin olunur. Əgər Qasparyandan sonra yeni Baş Qərargah rəisi təyin olunsa, onda mənim müvəkkilimin pozulmuş hüquqlarının bərpa edilməsi mümkün olmayacaq”, - deyə vəkil vurğulayıb.

Onun sözlərinə görə, bu qərardan sonra O. Qasparyan sadəcə öz səlahiyyətlərini icra etməyə borcludur: “Mən bilmirəm ki, o, bu gün işə çıxıb, ya yox, lakin bu generalın birbaşa vəzifəsidir”.

Qeyd edək ki, fevralın 25-də Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan və bir sıra generallar Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. N. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq O. Qasparyanı vəzifəsindən azad edib.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya