USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın cəbhəsindən Ter-Petrosyanın təklifinə reaksiya Birinci prezident vaxtilə məlum qüvvələrin tələbilə istefa verməsini əsas tutub


  • Dünya
  •  15:07 16.03.2021
  •  269
https://img.baki-baku.az/news/2021/03/photo_3240.jpg

Ermənistanda hakim "Mənim addımım" parlament fraksiyasının üzvü Andranik Koçaryan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın baş nazir Nikol Paşinyanın istefaya getməsi və müvəqqəti olaraq ölkəni tərk etməsi fikrinə münasibət bildirərkən bunu qeyri-real məsələ adlandırıb.

"Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, A.Koçaryanın sözlərinə görə, Ter-Petrosyanın açıqlaması müxalifət lideri Vazgen Manukyanın tələbinə reaksiya mahiyyəti daşıyırdı: "Ola bilər ki, o, nəzərdə tutmuşdu ki, irəli sürülmüş punktlardan biri ilə bağlı dialoq olacaq. Görünür, birinci prezident özünün vaxtilə məlum qüvvələrin tələbilə istefaya getməsini əsas tutub". 

A.Koçaryan əlavə edib ki, ictimai rəydə hazırkı baş nazir həmin məlum qüvvələrdən daha prioritet mandata malikdir. Buna görə də o, yaranmış problemi növbədənkənar seçki yolu ilə həll etməyi təklif edir. Ter-Petrosyan isə belə bir açıqlaması ilə 17 siyasi partiyanın mövqeyinə qoşulmaq isəyir ki, bu, Koçaryanın fikrincə, qəbuledilməzdir. 

A.Koçaryan L.Ter-Petrosyanın "Vətənin xilası naminə" müxalifət hərəkatı ilə əməkdaşlıq etdiyini düşünmədiyini də diqqətə çatdırıb. Ancaq onun baxışları V.Manukyanın fikirləri ilə tam şəkildə üst-üstə düşür. 

Qeyd edək ki, L.Ter-Petrosyan bu günlərdə bildirib: "Dövlətin, xalqın, elə baş nazirin özünün də mənafeyini əsas götürərək vəziyyətdən yeganə çıxış yolu, mənim fikrimcə, tez bir zamanda və könüllü şəkildə baş nazirin istefaya göndərilməsi, onun təhlükəsizliyi və toxunulmazlığı üçün hüquqi təminatın olmasıdır. Qoy, hətta müvəqqəti olaraq xaricdə sığınacaq alsın".

Ter-Petrosyan hadisələrin söylədiyi kimi cərəyan edəcəyi təqdirdə baş nazirin müavininin bitərəf ədalətli seçkilər təşkil etməli olduğunu da vurğulayıb. 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya