USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukrayna Donbasa hücumun bir addımlığında - Qarabağ cəbhəsindəki ssenari


  • Dünya
  •  14:17 15.03.2021
  •  282
https://img.baki-baku.az/news/2021/03/photo_3228.jpg

Ukrayna ordusunun hissələri Donbas istiqamətində tam döyüş hazırlığına gətirilib. "Baki-Baki.az" xəbər verir ki, bu barədə "Strana.ua" özünün daxildəki mənbələrinə istinadən məlumat yaylıb. 

"Atəşkəs yanvarın sonunda başa çatıb. Kim birinci başlamışdı artıq demək mümkün deyil. Qarşı tərəfdən hər gün uçuşlar olur. Bizim tərəfdən də eyni hərəkətlər edilir", - deyə sayt bildirir. 

"Strana.ua"nın mənbəsinin dediyinə görə, hərbçilər 2018-ci ildəki mövqelərinə qayıdıblar. Onlar arasındakı məsafə 400-700 metr təşkil edir. "Səngərlərdə hər gün yoxlanış gedir. Özü də əvvəllərdəki kimi atəşkəsə nəzarəti yoxlamırlar. Hərbi sursatları komplektləşdirirlər. Texnikanın və silahın hazırlığını yoxlayırlar", - deyən mənbə hərbçilərin məzuniyyətə buraxılmadığını da vurğulayır. Bu isə hücumun hər an başlanacağından xəbər verir. 

Bununla yanaşı "Strana.ua" özünün Ukraynanın Müdafiə Nazirliyindəki mənbəsinə istinadən bildirir ki, ölkənin Baş Qərargahında nəzarətdə olmayan ərazilərin qaytarılması üçün bir neçə variant işlənir. "Hadisələrin cərəyan etməsi üzrə bir neçə variana baxılır, buna uyğun da plan hazırlanır. Hazırda Ukranya Silahlı Qüvvələri tərəfdə ciddi üstünlük var və Ukraynanın nəzarətdə olmayan ərazilərin böyük hissəsini ələ keçirməsi üçün bütün şərtlər mövcuddur", - deyə mənbə bildirir. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya