USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan Qasparyana istefaya gedəcəyinə dair söz verib?


  • Dünya
  •  11:43 12.03.2021
  •  335
https://img.baki-baku.az/news/2021/03/photo_3203.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının artıq keçmiş rəisi olan Onik Qasparyana istefa verəcəyinə dair söz verib. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı məlumatı "Qaraparaq" qəzeti yayıb. 

Qəzet bildirib ki, Qasparyanın səlahiyyətləri martın 9-da dayanırdı, ancaq o, İnzibati Məhkəməyə müraciət edərək baş nazirin onun işdən çıxarılmasına dair qərarını mübahisələndirdi. 

Nəşrin bildirdiyinə görə, vəzifədən getməzdən öncə Qasparyan müxtəlif siyasilərlərlə, ictimai xadimlərlə bir neçə görüş keçirib, telefon danışığı aparıb və bildirib ki, məqsədi baş nazirin istefasına, növbədənkənar seçkilərin keçirilməsinə nail olmaqdır. Halbuki Baş Qərargahın hüquqşünasları onun ən azı 3-4 ay vəzifədə qala biləcəyini deyirdilər. Qəzet eyni zamanda yazır ki, Qasparyan sözügedən görüşlərin birində Paşinyanı növbədənkənar seçkiyə getməyə inandırdığını da dilə gətirib. Lakin istefa verməyə inandırıbmı, buna aydınlıq gətirilmir. 

"Qasparyanın gözlənilmədən geri çəkilməyi onu tanıyanların bir çoxunda belə bir fikir formalaşdırdı ki, Paşinyan Qasparyana istefaya gedəcəyinə dair söz verib. Onlar hesab edirlər ki, buna görə Qasparyan vəziyyəti gərginləşdirmədi və vida bəyanatı ilə çıxış etdi. Bununla belə çoxları Paşinyanın sözünün üstündə dayanacağına şübhəylə yanaşırlar və deyirlər ki, onun sözünə inanmaq sadəlövhlükdür", - deyə "Qraparaq"ın mənbəsi vurğulayıb. 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya