- Daxili siyasət
- 13:27 21.09.2024
UNICEF-in Ermənistandakı nümayəndəsi Merienn Klark-Hattinqin fəaliyyəti dayandırılıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.
O qeyd edib ki, bu barədə BMT-nin Daimi Nümayəndəsinə və UNICEF nümayəndələrinə məlumat verilib.
Ermənistan XİN-dəki mənbə M. Klark-Hattinqin ölkəni tərk etməsi barədə məlumatı təsdiqləyib.