- Daxili siyasət
- 13:27 21.09.2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, AKP-nin sözçüsü Ömər Çelik, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.
Görüşdə Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub.