USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Joxovurd": Paşinyanla Sarkisyanın görüşündən sonra vəziyyət 180 dərəcə dəyişib, Qasparyan gedəcək


  • Dünya
  •  10:09 03.03.2021
  •  311
https://img.baki-baku.az/news/2021/03/photo_3092.jpg?v=MjAyMS0wMy0wMyAxMDozMDo0MQ==

"Dünən cəmiyyətin böyük hissəsi təəccübləndi. Ermənistan prezidenti Armen Sarkisyan Onik Qasparyanla bağlı (Ermənistanın baş naziri Nikol Paşinyanın Qasparyanın işdən azad edilməsi ilə bağlı-red.) fərmanı imzalamadı və o, işdən qanunun gücü ilə uzaqlaşdırılacaq". "Baki-Baku.az" xəbər verir ki, məsələyə dair Ermənistanın "Joxovurd" nəşri maraqlı məlumat əldə edib. 

Məlumatda bildirilir ki, Qasparyan onunla əlaqədar məsələ ortaya çıxandan evində gecələməmişdi. Dünən isə o, Baş Qərargahı tərk etdi. Ancaq bu, geri çəkilmə deyil, yalnız nəfəs dərməkdir. Baş Qərargahın təmsilçiləri rəisin səhər işə qayıtmasını və yeni tapşırıqlar verməsini gözləyirlər. 

Prezident Sarkisyanın gözlənilməz qərarına gəlincə, qəzet bildirir ki, dünən prezident Paşinyanla görüşməzdən öncə, parlamentin baş nazirin tərəfdarlarından ibarət "Mənim addımım" fraksiyasının deputatları sosial şəbəkələrdə və müsahibələrində Sarkisyana qarşı hücuma keçdilər. Deputat Vaan Ovakimyan hətta prezidentə etimadsızlıq məsələsini qabartdı. Həmin vaxtda müxalifət liderləri Sarkisyanı tərifləyirdilər. 

Paşinyanla görüşdən sonra isə prezident öz komandasındakı dostlarına narazılıq dolu SMS göndərdi. "Joxovurd"un qənaətincə, bu, vəziyyətin 180 dərəcə dəyişməsi anlamına gəlir. Deməli, Paşinyanın tələbi yerinə yetiriləcəkdir. Çox güman, martın 4-dən Onik Qasparyan Baş Qərargah rəisi vəzifəsini tutmayacaqdır. Qalan bütün məsələlər, o cümlədən Konstitusiya Məhkəməsi və qanunun aliliyi kimi məqamlar yalnız lirika janrının məhsuludur. 

Qəzet eyni zamanda bildirir ki, prezident və baş nazir dünənki görüşdə nə barədə danışıblar, sonra baş nazir müxalifət liderləri ilə nədən söhbət söhbət açıb, bu kimi məsələlər tezliklə cəmiyyətə məlum olacaq.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Dünya