USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qaqauziyada Türkiyə Konsulluğu açıldı


  • Dünya
  •  13:36 27.08.2020
  •  285
https://img.baki-baku.az/news/2020/08/photo_304.jpg

Moldovanın Qaqauziya muxtar ərazisinin paytaxtı Komrat şəhərində Türkiyənin baş konsulluğu açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Qaqauziya başqanı İrina Vlax iştirak ediblər.

Baş konsulluğun açılışından əvvəl M.Çavuşoğlu və İ.Vlax arasında görüş keçirilib. Görüşdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.

İ.Vlax bildirib ki, Türkiyə Qaqauziyanın yaxın dostudur. Türkiyə 30 ilə yaxındır ki, Qaqauziyanın siyasi, iqtisadi və sosial inkişafına dəstək olur.

“Bugünkü görüşümüzdə gələcək planlarımızı müzakirə etdik. Türkiyə Qaqauziya ərazisində xəstəxana, uşaq bağçası, məktəb və stadionun tikilməsi üçün sərmayə qoyacaq. Baş konsulluğun fəaliyyəti isə Türkiyə ilə Qaqauziya arasında əməkdaşlığı daha da möhkəmləndirəcək”, - deyə İ.Vlax bildirib.

Bu gün Moldovanın müstəqillik gününü qeyd etdiyini bildirən M.Çavuşoğlu deyib: “Biz güclü Moldovanın daxilində güclü Qaqauziyanın olmasını arzulayırıq. Türkiyə bu istiqamətdə dəstəyini heç vaxt əsirgəmir və əsirgəməyəcək. Moldova ilə münasibətləri gücləndirdikcə, Qaqauziya bu işdə körpü olur. Xarici siyasətimizdə soydaşlarımız çox önəmli yer tutur, Qaqauziya da bu sıradadır. Qaqauziyanın inkişafı üçün uğurlu layihələr davam etdiriləcək. Soydaşlarımızın ana dilinin inkişafı üçün də layihələr həyata keçirilir”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Dünya