USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan SQ Baş Qərargahından daha bir bəyanat - Bu, generalların və zabitlərin gəldikləri qənaət və mövqedir


  • Dünya
  •  16:05 25.02.2021
  •  297
https://img.baki-baku.az/news/2021/02/photo_3013.jpg?v=MjAyMS0wMi0yNSAxNjoxNjoyNg==

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı yeni bəyanatla çıxış edib. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, bəyanat Baş Qərargahın bu gün verdiyi bəyanatın təsdiqi ruhundadır. 

Bəyanatda bildirilir: "Fevralın 25-də səhər Silahlı Qüvvələrin komandan heyətinin yaydığı bəyanat heç kəs tərəfindən idarə olunmurdu və heç bir təzyiq altında verilməmişdi. Bu, generalların və zabitlərin gəldikləri qənaət və mövqedir. Onların bir məqsədi var - belə kritik anda vətənə xidmət etmək". 

Qeyd edək ki , Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və onun hökumətindən istefa verməyi tələb edib. Bu barədə Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri tərəfindən bəyanat imzalanıb.

Bəyanatda hökumətin əsassız addımlarına, xüsusilə də Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə kəskin etiraz ifadə olunub. 

Bildirilib ki, Tiran Xaçatryanın postundan azad edilməsi ilə bağlı qərar Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib: “Bu cür çətin şərtlərdə belə bir qərar dövlətin əleyhinədir və məsuliyyətsiz bir addımdır”.

Bəyanatda qeyd olunub ki, Baş nazir və onun hökuməti indiki çətin məqamda adekvat qərarlar qəbul etmək iqtidarında deyil: “Uzun müddətdir silahlı qüvvələr hazırkı hakimiyyətin orduya qarşı hücumlarına səbrlə dözür, lakin hər şeyin bir həddi var. Ermənistanın silahlı qüvvələri öz vəzifələrini şərəflə yerinə yetirib. Mövcud hakimiyyət orqanlarının yarıtmaz idarəçiliyi və onların xarici siyasətdəki ən ciddi səhvləri ölkəni məhv olmaq həddinə çatdırıb. Mövcud vəziyyətə əsaslanaraq silahlı qüvvələr Baş nazir və hökumətin istefasını tələb edir. Ordu hər zaman xalqın yanında olub, xalq da ordunun yanındadır”.

Onu da bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya