USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyandan işdən azad etdiyi Baş Qərargah rəisinin bəyanatına münasibət


  • Dünya
  •  12:53 25.02.2021
  •  238
https://img.baki-baku.az/news/2021/02/photo_3008.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, N. Paşinyan bu barədə “Facebook” səhifəsindən canlı yayımda bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Qeyd edək ki , Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və onun hökumətindən istefa verməyi tələb edib. Bu barədə Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri tərəfindən bəyanat imzalanıb.

Bəyanatda hökumətin əsassız addımlarına, xüsusilə də Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə kəskin etiraz ifadə olunub. 

Bildirilib ki, Tiran Xaçatryanın postundan azad edilməsi ilə bağlı qərar Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib: “Bu cür çətin şərtlərdə belə bir qərar dövlətin əleyhinədir və məsuliyyətsiz bir addımdır”.

Bəyanatda qeyd olunub ki, Baş nazir və onun hökuməti indiki çətin məqamda adekvat qərarlar qəbul etmək iqtidarında deyil: “Uzun müddətdir silahlı qüvvələr hazırkı hakimiyyətin orduya qarşı hücumlarına səbrlə dözür, lakin hər şeyin bir həddi var. Ermənistanın silahlı qüvvələri öz vəzifələrini şərəflə yerinə yetirib. Mövcud hakimiyyət orqanlarının yarıtmaz idarəçiliyi və onların xarici siyasətdəki ən ciddi səhvləri ölkəni məhv olmaq həddinə çatdırıb. Mövcud vəziyyətə əsaslanaraq silahlı qüvvələr Baş nazir və hökumətin istefasını tələb edir. Ordu hər zaman xalqın yanında olub, xalq da ordunun yanındadır”.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya