USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni politoloq: "Hakimiyyət devrilsə belə, müxalifətdə fikir ayrılıqları yaranacaq"


  • Dünya
  •  15:51 24.02.2021
  •  436
https://img.baki-baku.az/news/2021/02/photo_2997.jpg?v=MjAyMS0wMi0yNCAxNjoxNzoxNQ==

"Əgər əvvəlki mitinqlər o qədər də yaxşı deyildisə, sonuncu mitinq yaxşı təşkil olunmuşdu. Müxalifət hakimiyyəti devirmək üçün birləşib. Ənənəvi olaraq bunda Qagik Çarukyanın partiyası iştirak edir. Ancaq qeyd etmək lazımdır ki, müxalifətin birliyi pozitiv əsasa söykənmir". "Baki-Baku.az" xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan Ermənistan daxili vəziyyəti təhlil edərkən deyib. 

A.İsgəndəryanın fikrincə, Ermənistandakı müxalifət hərəkatında vahid lider yoxdur. Bununla belə o hesab edir ki, son vaxtlar ölkənin ikinci prezidenti Robert Koçaryan daha çox ön plana çıxır. Halbuki üçüncü prezident Serj Sarkisyan da kölgədə deyil. Sonuncunun müsahibəsi kifayət qədər baxış sayı toplayıb.

Politoloq Sarkisyan və Koçaryanı eyni komanda adlandırmadığını deyir. Ümumən vəziyyət Ermənistan üçün ənənəvi xarakterə malikdir. Hakimiyyət də zəifdir, müxalifət də. Müxalifət yalnız indiki hakimiyyəti devirmək üçün birləşib. Hakimiyyət devrilsə belə, müxalifətdə fikir ayrılıqları yaranacaq.

"Bilirsiniz, qədim erməni konstruksiyası var - hansısa problemi həll etmək üçün konkret adamları uzaqlaşdırmaq lazımdır. Kimsə seçki təşkil edirsə, o, mütləq özünün qələbə qazanacağını bilir. Əgər kimsə əmin deyilsə, seçki nəyə görədir? Müvaviq olaraq vəziyyət belədir: seçkini kim təşkil edir? Paşinyan hakimiyyətə gələndə onun güclü ictimai dəstəyi var idi. Hazırda həmin dəstək yoxdur. Ancaq müxalifətin də dəstəyi yoxdur. Hazırda hakimiyyətə gəlməyin texnologiyası arasında seçim gedir", - deyə İsgəndəryan fikrinə aydınlıq gətirib. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya