USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın "İsgəndər"ə "buynuz qoyması" - Ermənistanda və Rusiyada müzakirə, ...Zakir Həsənovun cavabı


  • Dünya
  •  13:40 24.02.2021
  •  262
https://img.baki-baku.az/news/2021/02/photo_2993.jpg

"Adam özünün günahkar olmadığını göstərmək üçün "İsgəndər"i heçə sayacaq, erməni xalqını da, hərbçiləri də günahkar çıxaracaq. Bunun əlbəttə, həqiqətlə heç bir əlaqəsi yoxdur. "İsgəndər" bizim yüksək keyfiyyətli silahımızdır. Onu müxtəlif təlimlərdə dəfələrlə sınaqdan çıxarmışıq. Paşinyanın sözləri tamamilə yalandır. Hətta yalan iolduğu heç bir şübhə doğurmur. Təsadüfi deyil ki, Qərb məhz bu yaxın mənzilli raketlə bağlı məsələni danışıqlar masasına çıxaraq. O Suriyada dəfələrlə, yüksək dəqiqliklə istifadə edildi. Mən yoldaş Paşinyanın bu fikri ilə yumşaq desəm razı deyiləm". "Baki-Baku.az" xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Viktor Zavarzin "Qavarit Moskva" radiostansiyasına müsahibəsində bildirib. 

Ermənistanın baş naziri Nikol Paşinyan dünənki müsahibəsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Rusiya istehsalı olan "İsgəndər" raketlərinin müharibənin ilk günlərində istifadə edilməli olduğuna dair fikirlərinə münasibət bildirərkən deyib ki, sözügedən raket komplekslərinin 44 günlük müharibə müddətində istifadə edilməsi effekt verməyib. Paşinyanın sözlərinə görə, "İsgəndər" ya partlamayıb ya da cəmi 10 faiz partlamaq potensialında olub. Ermənistanın baş nazirinin bu fikri Rusiya mediasında "İsgəndər" raketi ilə bağlı geniş müzakirələrə səbəb olub. 

Qeyd edək ki, ikinci Qarabağ müharibəsinin ilk günlərində Ermənistanın bu raket sistemindən istifadə edəcəyinə dair xəbərlər yayılmışdı. Həmin vaxt, konkret olaraq oktyabrın 10-da Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 6-da Nazirlikdə keçirilən xüsusi xidməti müşavirədə bildirmişdi ki, düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcək. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr etdiyini vurğulamışdı.

Onu da deyək ki, "İsgəndər" Rusiya istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. O, əməliyyat-taktiki raket kompleksləri ailəsidir. Bu ailəyə "İsgəndər", "İsgəndər-M", "İsgəndər-K" və "İsgəndər-E" sistemləri daxildir. 2006-cı ildə istehsal edilib, 2007-ci ildə ölkənin ordusunda silahlanmaya qəbul olunub. 

“İsgəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biri sayılır. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir.

“İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Ermənistan "İsgəndər" raketlərini ilk əldə edən xarici ölkələrdən olub. Ölkə bu raketin eksport üçün hazırlanmış, 500 deyil, 280 kilometrdəki hədəfi dəqiq nişan alan versiyasına malikdir. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya