USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tbilisidən ABŞ, Aİ və NATO-nun bəyanatlarına CAVAB


  • Dünya
  •  18:12 23.02.2021
  •  234
https://img.baki-baku.az/news/2021/02/photo_2983.jpg

“Beynəlxalq tərəfdaşlar tezliklə əmin olacaqlar ki, biz qanunları tətbiq edərək dövlətin şərəfini qoruyuruq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ABŞ, Avropa İttifaqı (Aİ) və NATO-nun Tbilisidə siyasi gərginliklə əlaqədar bəyanatlarına cavab olaraq hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, siyasətin cinayətkarlıqdan təmizlənməsi ölkədə siyasi qütbləşmənin azaldılmasına xidmət edəcək: “Bu gün biz Nika Melianın həbsi ilə əlaqədar beynəlxalq tərəfdaşlarımız tərəfindən səsləndirilən bəyanatlar eşitdik. Bizim üçün başadüşüləndir ki, beynəlxalq tərəfdaşlarımız Gürcüstanda siyasi proseslərin daha çox qütbləşəcəyindən və nəticədə siyasi sistemin Qərb standartlarından uzaqlaşdıracağından narahatdırlar. Amma bizim beynəlxalq tərəfdaşlarımız tezliklə əmin olacaqlar ki, bu qütbləşmənin azaldılması məhz dövlətin sarsılmaz müdafiəsi, qanunların tətbiqi və qayda-qanun prinsipləridir. Avro-Atlantik ailədə də keçərli sadə prinsip budur ki, siyasətçi cinayət törətdiyi, misal üçün konstitusion orqanların binalarına hücum etdiyi, bank və ya telekanalın müflis olmasına səbəb olduqda, büdcədən on milyonlar oğurladıqda siyasətlə bir işi qalmır”.

Xatırladaq ki, bu gün səhər saatlarında Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən polisin həyata keçirdiyi xüsusi əməliyyatla partiyanın baş qərargahında həbs edilib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Dünya