USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vazgen Manukyanı həbs gözləyir - Ermənistan polisi onun mitinqdəki çıxışı ilə bağlı cinayət işi açdı


  • Dünya
  •  17:37 22.02.2021
  •  287
https://img.baki-baku.az/news/2021/02/photo_2966.jpg?v=MjAyMS0wMi0yMiAxNzo1Nzo1OA==

Ermənistan polisi müxalif "Vətənin xilası naminə" hərəkatından keçid dövrü üçün baş nazirliyə vahid namizədi Vazgen Manukyanın çıxışı ilə bağlı cinayət işi açıb. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, Manukyan Cinayət Məcəlləsinin 301-ci maddəsi üzrə - dövlət hakimiyyətinin devrilməsinə yönələn zorakılıq, güc yolu ilə konstitusyon quruluşun devrilməsi çağırışlarında ittiham olunur. 

Qeyd edək ki, Manukyan fevralın 20-də keçirilmiş mitinqdə baş nazir Nikol Paşinyanla mübarizə üçün "A" və "B" planlarını irəli sürmüşdü. O bildirmişdi ki, xalq nə qədər mitinqlərə çıxsa da, Paşinyan öz xoşu ilə hakimiyyətdən getməyəcək. Buna görə də onun sığındığı sistemi dağıtmaq lazımdır. Müxalifət lideri həmçinin demişdi ki, Ermənistan hər gün qaynamalıdır, hər gün nümayişlər olmalıdır, insanları aksiyalara çağırılmalıdır. 

"Bu işin zamana ehtiyacı var. Ancaq "B" planı da var. Bir həftə, on gün sonra, istənilən an hakimiyyətin ildırım sürəti ilə ələ keçirilməsinə hazır olmaq lazımdır", - deyən Manukyan əlavə etmişdi ki, müxalifət "B" planına hazır olaraq "A" planı ilə getməlidir.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Dünya