USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni siyasətçi: Onlar Sumqayıtda qırğın törətdilər və buna görə Azərbaycan xalqını günahlandırdılar - VİDEO


  • Dünya
  •  18:43 19.02.2021
  •  375
https://img.baki-baku.az/news/2021/02/photo_2943.jpg?v=MjAyMS0wMi0xOSAxOTowNjowNA==

1988-ci ilin Sumqayıt hadisələri sovet hakimiyyəti tərəfindən hazırlanmışdı, Azərbaycan tərəfdən yox. "Baki-Baku.az" "haqqın.az"a istinadən xəbər verir ki, bunu "Milli müqəddarat" Birliyinin lideri, siyasətçi və yazıçı Paruyr Ayrikyan "Vestnik Kafkaza"ya müsahibəsində deyib. 

P.Ayrikyan 2013-cü ildə Ermənistanda keçirilmiş prezident seçkilərində namizəd olub, seçkidən öncə ona qarşı sui-qəsd tərədilib. Ayrikyan bildirib ki, sui-qəsd keçmiş "KQB" tərəfindən təşkil edilmişdi və bunu həyata keçirənlərlə Sumqayıt hadisələrini törədənlər eyni şəxslərdir. O, buna qədər də SSRİ-ni Sumqayıt qırğınında ittiham etmişdi. Nəticədə ölkədən çıxarılmış və Efiopiyaya göndərilmişdi. 

"Onlar Sumqayıtda qırğın törətdilər və buna görə Azərbaycan xalqını günahlandırdılar. Əlbəttə, deyə bilməzdilər ki, bu hadisələri "KQB" qüvvələri törədib. Heç olmasa, kriminal elementləri günahlandıra bilərdilər. Amma yox, əksinə, onlar bu qırğını Azərbaycan xalqının, eyni zamanda Azərbaycan hakimiyyətinin əməli kimi qələmə verdilər. Halbuki 1988-ci ildə Azərbaycan müstəqil dövlət kimi yox idi. O zaman sovet sistemi var idi ki, fəaliyyəti "KQB"nin nəzarətindəydi. Bütün bunların SSRİ hakimiyyəti tərəfindən törədildiyini göstərən odur ki, hadisədən sonra erməni millətindən olan şəxslər Ermənistana yola salındılar. Oxşar hadisələri onlar Ermənistanda da planlaşdırdılar", - deyə Ayrikyan vurğulayıb.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Dünya