USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sarkisyan və onun komandası bunları niyə daha əvvəl demirdi? - Paşinyanın blokundan Sarkisyana suallar


  • Dünya
  •  17:06 19.02.2021
  •  345
https://img.baki-baku.az/news/2021/02/photo_2940.jpg

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın müsahibəsində çoxsaylı təzadlı iddialar var idi. "Baki-Baku.az" xəbər verir ki, bunu hakim "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunç jurnalistlərə açıqlamasında S.Sarkisyanın 2018-ci ildən sonrakı hərəkatın anti-Qarabağ meylli olmasına dair fikirlərini şərh edərkən bildirib. 

L.Makunçun sözlərinə görə, Sarkisyanın müsahibəsi çoxsaylı suallar yaradır. "Məsələn, müsahibədəki fikirlər Serj Sarkisyanın və onun komandasının siyasi baxışlarında yer almayıb. O fikirlər 2017-ci ildə seçkidən öncəki dövrdə də, 2018-ci ilin seçki kampaniyası müddətində də, 2019-cu ildə də, 2020-ci ildə də olmayıb. Bundan başqa əvvəlki açıqlamalarla ziddiyyət təşkil edən tezislər var. Burada sual yaranır - nəyə görə bu barədə yalnız indi danışılır? Onlar bu müddətdə nəyi gözləyirdilər? Nəyə görə bu müsahibə məhz indi ona ehtiyacın olmadığı dövrdə təşkil olunub?", - deyən Makunç Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı söylədiklərini nəzərdə tutaraq mövqeyini bölüşüb.

Serj Sarkisyanın yeni hakimiyyətə gələnlərin pilotsuz uçuş aparatlarının alınmasından imtina etdiklərinə dair fikirlərini şərh edən Makunç daha bir ziddiyyətli məqama diqqət çəkib və vurğulayıb: "Əgər o, Kazan sənədini imzalamaq üçün baş nazir olmaq istəyirdisə, o zaman PUA-ların alınmasına nə ehtiyac var idi? Üçüncü prezidentin bu iki iddiası arasında ziddiyyət varmı? Əlbəttə var. Belə olan halda mənim üçün bunlardan hansına münasibət bildirib mövqe ortaya qoymaq çətindir. Buna görə də istəməzdim ki, məsələni şərh edim". 




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Dünya